Ölkəmizdə gənclərə göstərilən xüsusi diqqət və qayğı, onların inkişafı istiqamətində həyata keçirilən layihələr, proqramlar onu deməyə əsas verir ki, gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hələ 90-cı illərdə Ulu Öndərin “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi” adlandırması bu gün də öz aktuallığını saxlamışdır”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

“Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1994-cü ildə yaradılan Gənclər və İdman Nazirliyi gənclərin diqqət və qayğıyla əhatlənməsinə töhvə vermişdir. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmaqla yanaşı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ümummilli Liderin Gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Əlbəttə Ulu Öndərin bu ifadəsi hər bir gənc üçün devizdir. Hər bir gənc bu gün məhz Ulu Öndərin bizə miras qoyub getdiyi Azərbaycanın inkişafı üçün çalışır. Vətənpərvər ruhda böyüyərək ölkənin inkişafına töhfə verməyə çalışır. Prezident İlham Əliyev də gənclərin yetişməsində, onların inkişafı istimətində çox mühüm addımlar atmışdır. Məhz cənab Prezdentin hakimiyyəti illərində yetişən gənclər bizim tarixi torpaqlarımızı qaytarmaqla Azərbaycan gəncinin gücünü, vətənpərvərliyini bütün dünyaya elan etdi. Bu baxımdan müasir Azərbaycan gənci savadlı dünyagörüşlü, vətənpərvərdir. Bildiyiniz kimi Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu da əlbəttə gənclərə xüsusi yanaşmanın növbəti bir nümanəsidir”.


media-ads-728x90

Bənzər xəbərlər