Azərbaycanda həkimlər ürəyi dayanan xəstəni ürək masajı ilə həyata qaytarıblar.

XALQ.AZ xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Videogürüntüləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir Elnur Hidayətoğlu paylaşıb

Belə ki, aqonal vəziyyətdə xəstəxananın Təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyinin dayandığı müşahidə edilib. Həyati təhlükəni ortadan qaldırmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar.

Təcili tibbi yardım şöbəsinin iki həkimi – Vüsal Rüstəmli və Pərviz Əlizadə növbəli şəkildə fasiləsiz ürək masajı ediblər.
Hər keçən dəqiqə həyati təhlükəli olsa da, onlar xəstəni həyata qaytara biliblər.

Təxminən 10 dəqiqədən artıq davam edən bu mübarizə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa edilib.

Kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu ilə tibb müəssisənin Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir.


media-ads728x90

Bənzər xəbərlər