“Kontakt Home” müştəriləri belə aldadır
Elektrik avadanlıqlar və ev əşyaları satışını həyata keçirən “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı narazılıqlar və şikayətlər artmaqdadır. Feysbuk sosial şəbəkəsində müştərilər arasında aparılmış sorğudan məlum olub ki, “Kontakt Home”dan məhsul alanların 90 faizi narazıdır.
XALQ.AZ xəbər verir ki, sorğuda 58 nəfər iştirak edib. Açılmış statusa rəy yazanlardan çoxu “Kontakt Home” məhsullarının bərbad olduğunu bildirib.
Müştərilər rəylərdə şirkətdən aldıqları məhsullar barədə yazıblar. Yazılanlardan bəzilərini təqdim edirik:
Ləman Allahverdiyeva: “Keyfiyyəti sıfır. Aldığım məhsullar elə bil ikinci əldir. İkinci əl aldıqlarım ordan aldıqlarımdan yaxşı çıxır”.
Taleh Bağırov: “son 4 ildi zayı çıxıb”.
Elvira Atakişiyeva: “Xidmət sıfır, məhsul sıfır, İşçiləri xüsusi yığıb qoyublar ora. Çox pis”.
Vüsal İsayev: “3 məhsul aldım. Məhsullarda problem olmasa da, müştəri məmnuniyyətinə önəm vermədiklərinə görəkeçdim başqa mağazaya”.
Azər Cəfərzadə: “Hər tərəfli pisdi. Keyfiyyətsiz mallar, keyfiyyətsiz xidmət və çox baha”.
Cavid Dadaşov: “İki “Samsung” aldım. Birində başıma oyun açdılar. Qızıl zəmanətlə aldım, xarab oldu. Dondu telefon. Ən böyük problem satdıqları “Samsung”lar gizli kodları tanımır. Bu da saxta telefonların əlamətidi”
Qeyd edək ki, “ABC Telecom” MMC-nin Baş direktoru sabiq deputat Elnur Allahverdiyevdir.
Tərəfləri dinləməyə hazırıq.