media-855
Azərbaycan-Pakistan münasibətləri tarixi köklərə,xalqlarımızın qarşılılı ehtiramına əsaslanan bağlantılarına,uzun illərin dostluq və qardaşlıq münasibətlərinə söykənir.Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biridir.Sonrakı illərdə ən yüksək səviyyələrdə qarşılılı səfərlər iki ölkə arasında güvənc,inam və etimadın möhkəmlənməsinə,siyasi və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edib.Azərbaycanla Pakistan münasibətləri-sözdə,fikirdə və əməldə qarşılıqlı hörmət, qarşılıqlı etimad və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan bərabər hüquqlu əməkdaşlıq nümunəsidir.Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi fəaliyyəti mühüm nəticələr verir.Bu kontekstdə Azərbaycanla Pakistanın beynlxalq arenada da bir-birinə davamlı dəstəyi və yürütdükləri ortaq maraqlara əsaslanan siyasət yüksək qiymətə layiq yaxşı nümunədir.
Ermənistan öz havadarların köməyi ilə Azərbaycan torpaqlarını işğal edən zaman Pakistan Qarabağın işğalına öz kəskin etirazını bildirməklə yanaşı,həm də Ermənistanla diplomatik əlaqə qurmayıb və Azərbaycanın ərazi bütövlüyünü daim birmənalı şəkildə dəstəkləyib. Pakistan Türkiyə ilə yanaşı müxtəlif tribunalardan Ermənistanla işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir.Azərbaycan da Kəşmir məsələsində Pakistanı dəstəkləyir və Azərbaycanın bu məsələdəki mövqeyi Pakistan tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyə ilə yanaşı, Pakistanın da prinsipial mövqeyini,siyasi və mənəvi dəstəyininin şahidi oldu.Vətən müharibəsi zamanı İslamabad öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verdi.Təsadüfü deyil ki, Vətən müharibəsi günlərində və ondan sonra Bakıda və ölkəmizin əksər şəhər və digər yaşayış məntəqələrində Pakistan bayrağı Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı dalğalandı.
Pakistan sıradanbir dövlət deyil,İslam Dünyasının yeganə nüvə dövlətidir,kifayət qədər nüfuza və təsir gücünə malikdir.Azərbaycanın belə bir güc sahibi olan ölkə ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir.Bu münasibətlər 44 günlük Vətən müharibəsindən sonra da postmüharibə dövrünü məntiqinə uyğun surətdə və hər iki tərəfin səyi ilə bu münasibətlərdə davamlı müsbət dinamika özünü göstərir.Qarşılıqlı yüksək etimada əsaslanan siyasi dialoqlar,dərinləşmiş hərbi,hərbi-texniki və hərbi təhsil əlaqələri kontekstində bu münasibətlərin müsbət dinamikası Pakistanı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən müttəfiqlərdən birinə çevirib. Azərbaycan prezidentinin 2024-cü ilin iyulunda Pakistana səfəri zamanı əldə edilən nəticələr nəinki diplomatik əlaqələrimizi möhkəmləndirdi, həm də siyasi,iqtisadi və strateji əməkdaşlığın yeni fəsillərini açdı və iki qardaş ölkə arasındakı münüsibətlərin daha yüksək mərhələyə keçməsinə ciddi təkan verdi.Pakistanın Baş nazirinin təbirincə desək, bu səfər qardaşlıq əlaqələrində həlledici məqam və iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün xəbərçisi oldu.
Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin iyulunda Pakistana səfəri zamanı və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin bu ilin fevralında Bakı aparılan danışıqlar,keçirilən görüş və tədbirlər,imzalanan sənədlər Azərbaycan-Pakistan tətəfdaşlığının yeni mərhələsində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan digər tədbirlər iki ölkə arasında münasibətlərinin strateji,qarşılıqlı və regional kontekstlərdə çəkisini ortaya qoydu.Göründü ki,həmişə olduğu kimi, yeni mərhələdə də Azərbaycan-Pakistan tərəfdaşlığının zənginləşdirilməsinə münasibətdə siyasi iradə və siyasi istək ortadadır. Ölkələrimiz arasında əsl qardaşlığa, etimada və səmimiyyətə əsaslanan dərin köklü əlaqələr Azərbaycan-Pakistan münasibətlərinin genişlənməsi və dərinləşməsi üçün ciddi əsaslar yaradıb və mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycan-Pakistan münasibətləri çox güvənli strategiyaya söykənən münüsibətlərdir və ölkəmizə qarşı artan təzyiq və təhdidlər fonunda çox mühüm çəkindirici güc funksiyasını yerinə yetirə və Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə güclü dəstək verə bilər.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxışları zamanı səsləndirildiyi kimi, Azərbaycan və Pakistan ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək verir, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edir və iştirak etdikləri bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyir.İki qardaş ölkə beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcək.
Pakistan Baş nazirinin bu səfəri zamanı 10-dan artıq sənəd imzalanıb.Onların arasında iki ölkənin enerji şirkətləri arasnda əməkdaşlığa dair sənədlər də var. Enerji sahəsində əməkdaşlıq sənədlərinə bu gün maye qaz daxildir.Əminlik ifadə olnub ki,bu sahədə əməkdaşlıq daha da genişlənəcək və digər sahələri də əhatə edəcəkdir.
Danışıqlar zanmanı nəqliyyat sektorunda da imkanları nəzərdən keçirilib. Bildirilib ki, Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir:Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir. Bağlantı nöqtələri yaratmaqla Azərbaycan daha geniş imkanlar təqdim edə bilər. Artıq Azərbaycan tərəfi bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin.
Pakistanın kifayət qədər inkişaf etmiş əczaçılıq sahəsi var.Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib.Azərbaycanın irəli sürdüyü təkliflər arasında . əczaçılıq sahəsi üzrə də birgə istehsal müəssisələrinin yaradılması məsələsi də gündəmdədir.
Görüşlərdə eyni zamanda o da xüsusi vurğulanıb ki, Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsini siyasi səviyyədəki əməkdaşlığımıza uyğun qurmaq üçün səyləri artırmaq lazımdır.Bu yöndə verilən mesajlar və aparılan müzakirələr daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal əməkdaşlıq olsun və ticarətimiz artsın.İki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır.
Müzakirə olunan məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunub. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlıqlar alıb və almaqda davam etdirəcək. Eyni zamanda müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanları müzakirə olunub.Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan müdafiə sənayesini genişləndirir və bu sahənin məhsulları artıq 30-dan çox ölkəyə ixrac edilir. Azərbaycanla Pakistanın müdafiə sənayesi məhsullarının birgə istehsalının təşkili həm təchizatı yaxşılaşdıracaq,həm də ixracyönümlü istehsalı daha da artıracaq.
Dünya düzəninin hazırkı təlatümləri,qeyri-müəyyənlikləri,çağırışları və proqnozlaşdırılması mümkünsüz hala düşmüş meylləri fonunda bizə dost olan ölkələrlə münüsibətlərimizin dərinləşdirilməsi zərurəti kontekstində Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinin yeni mərhələsinə qalxması həm iki ölkə,həm də regional kontekstdə mühüm əhəmiyyət kəsb edir.Eyni zamanda həm də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionumuzda sülhə,tərəqəqiyə xidmət edən fəalaiyyətini davamlı olarq genişləndirir.Qardaş və dost ölkələr,eləcə də reallıq hissini itirməyən dövlətlər bunu görür,dəyərləndirir və müxtəlif formalarda həmin quruculuq işlərində iştirak edir və ya bu və ya digər formada dəstək verir.Lakin Azərbaycanın bu tarixi qələbəsini, qələbə nəticəsində yaranan yeni reallıqlıqları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyə başladığı layihələri dəstəkləyənlərlə yanaşı, onu həzm etməyənlər də az deyil və bəziləri pozuculuq əməllərinini açıq və gizli formada davam etdirir. Bir sıra hallarda isə demək olar ki, Azərbaycana qarşı hibrid müharibənin bütün istiqamətlərində təzyiq və təhdid xarakterli işlər aparılır.Belə şəraitdə qardaş Türliyə,Pakistan və bizə dost olan ölkələrlə münasibətlərimizi daha da gücləndirmək öbyektiv zərurətə çevrilib.Ona görə də Azərbaycan-Pakistan münasibətlərində dərinləşmiş hərbi-texniki əməkdaşlıq xüsusi yer tutur.Eyni zamanda iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsə olması,eləcə də hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üçün yetərincə potensialın olması faktı hərbi-texniki sahədəki əməkdaşlıqla yanaşı enerji,nəqliyyat,təhsil,əczaçılıq,turizm və digər sahələrlərdə də əməkdaşlığı genişləndirilməsinə imkan verir.Bu yöndə müsbət dinamika göstərir ki,Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlığın yeni mərhələnsində də yüksələn xəttlə gedir.Hərbi,hərbi-texniki əməkdaşlığn dərinləşdirilməsi və Azərbaycan-Pakistan,eləcə də Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimlərin keçirilməsi istiqamətində atılan məqsədyönlü addımlar göstərir ki,həmin proseslərin inkişafı gələcəkdə tərəflərin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin genişlənməsini,iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsini təşviq edəcəklər.
Hazırkı geosiyasi çağırışların təsiri ilə regional münasibtlərin genişləndirilməsinin əsas prioritetlərdən birinə çevrilməsi məntiqi surətdə Azərbaycan- Pakistan arasında da Azərbaycan və Türkiyə arasında olduğu kimi müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamənin əsas qayəsi və prinsipləri ruhunda münasibətlərin formalaşmasına ciddi əsaslar yaradacaqdır. Bu isə həm iki ölkə arasında hərbi-texniki,iqtisadi və beynəlxalq platformada əməkdaşlığın dərinləşməsinə,həm də region kontekstində kifayət qədər perspektivli layihələrin həyata keçirilməsinə yol açacaq.Fevralın 24-də Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda bildirildi ki, iki ölkənin hökumətlərinin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib.Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz, əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır. Azərbaycan Prezidentinin Pakistanın Baş naziri ilə geniş tərkibdə görüşü zamanı,eləcə də Azərbaycan-Pakistan biznes forumunda Azərbaycan prezidenti bildirib ki, keçən ilin iyulunda Pakistana dövlət səfəri zamanı rəsmən bəyan edib ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. İnvestisiya layihələri infrastrukturun inkişaf sahələrini, energetika, mədən işi və digər sahələri əhatə edir.Həmin layihələrin reallaşdırılması iki ölkə arasında iqtisadi tərəfdaşlığın siyasi sahədəki səviyyəyə çatdırılmasına mühüm impuls verəcəkdir.Bu münasibətlər nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən çox vacibdir.Bu münasibətlər Azərbaycan və Pakistanla yanaşı regional sülhə və əməkdaşlığa da öz töhfəsini verəcəkdir.
Azərbaycan prezidentinin ötən ilin iyulunda Pakistana səfəri zamanı və Pakistan baş nazirinin bu ilin fevralında Bakı səfərində aparılan danışıqlar,keçirilən görüş və tədbirlər,imzalanan sənədlər Azərbaycan-Pakistan tətəfdaşlığının yeni mərhələsində həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlər Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açmaqla həm də regional kontekstdə münasibətlərin inkişafına ciddi təkan verəcək.
Əli Məsimli
 Milli Məclisin deputatı

media-ads728x90

Bənzər xəbərlər