Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində cənab Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək dəyərləndirib.

Dövlət başçısının dediyi kimi, Çin və Azərbaycan dost, strateji tərəfdaş ölkələrdir. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır.

Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin cənab Prezident İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb.
Bugün ölkələrimiz arasında əməkdaşlıq üçün çox möhkəm baza mövcuddur. 30 ildən artıq müddətdə davam edən siyasi münasibətlər artıq bizim strateji tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir.

Azərbaycanla Çinin çoxşaxəli münasibətləri mövcuddur və bu münasibətlərin davamlı olaraq inkişaf edəcəyi şübhəsizdir

Fatma Yılıdırm 

Milli Məclisin deputatı 

 


media-ads728x90

Bənzər xəbərlər