media-elsad

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 32 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbir iştirakçıları rəsmi hissədən öncə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, YAP-ın yaranması siyasi zərurətdən irəli gəlib. YAP təsis ediləndə müxalif siyasi qüvvə kimi meydana gəlmiş, lakin cəmiyyətin böyük dəstəyi nəticəsində qısa müddətə hakim partiyaya çevrilib. Birmənalı şəkildə demək olar ki, bu, xalqın sifarişi idi.

90-cı illərdə ölkəmizdə çox ağır vəziyyət olanda Ulu Öndər Heydər Əliyev çıxışlarının birində bu gün artıq məşhur olan bir ifadə işlətdi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”. Bu ifadənin səslənməsindən təxminən 30 il ötüb və bu gün biz Ulu Öndərin nə dərəcədə uzaqgörən dövlət xadimi olduğunun bir daha şahidi oluruq. Ulu Öndərin siyasi dahiliyi ondan ibarət idi ki, o gələcəyi görürdü. Bu ifadə 90-cı illərdə deyilmişdi. O vaxt isə Azərbaycan erməni işğalı, dərin iqtisadi böhran, daxili vətəndaş qarşıdurması ilə üzləşmişdi.

Azərbaycanı məhz bu fəlakətdən qurtarmaq üçün 1992-ci ilin noyabr ayında YAP quruldu. Ondan bir neçə ay sonra, 1993-cü il fevralın 20-də isə partiyanın Yasamal rayon təşkilatı təsis edildi. YAP Yasamal rayon təşkilatı bu illər ərzində şərəfli yol keçib və bu gün də Heydər Əliyev ideyalarına sadiqdir. Bu gün təşkilat üzvləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal təbliğatçılarıdırlar. Hazırda rayon təşkilatı özündə 32 mindən çox partiya üzvünü birləşdirir. Təşkilat sıralarına daimi axın var, eyni zamanda rayon üzrə yeni ərazi təşkilatları yaradılıb.

RİH başçısı ötən il keçirilən prezident seçkilərində xalqımızın etimadını növbəti dəfə qazanan cənab İlham Əliyevin möhtəşəm qələbəsini xatırladaraq qeyd edib ki, Yasamal seçicilərinin 95 %-i öz səslərini Prezident İlham Əliyevə verib və bu, ölkə üzrə rekord göstərici oldu. Həmçinin qeyd olunub ki, ötən ay baş tutan bələdiyyə seçkilərində YAP böyük uğur qazanıb.

 








media-ads728x90

Bənzər xəbərlər