Azərbaycanda 165 nəfər zəhərlənib -4 qadın 5 kişi ölüb
Mart ayında 165 nəfər zəhərlənib.
Bu barədə XALQ.AZ -a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.
“Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib”, – məlumatda qeyd olunub.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib:
“Onlardan 4-ü qadın, 5-i kişi olub. Ölüm halları isə sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb”.