Rusiyanın Nijnevartovsk şəhərindəki barların birinə hücum olub.
Xalq.Az lent.az-a istinadən xəbər verir ki, bir neçə çeçen, azərbaycanlı və dağıstanlı “Tuman” adlı bara qəlyan çəkməyə gəlsələr də, sərxoş olduqları üçün mühafizəçilər onları içəri buraxmayıb.
Belə olduqda onlar atəş açıb mühafizəçiləri yaralayaraq içəri keçiblər. Amma polis vaxtında gələrək onları zərərsizləşdirib. Hadisə zamanı iki nəfər yaralanıb.
Maraqlıdır ki, barın sahibi də Kənan Ağazadə adlı azərbaycanlı iş adamıdır.

media-ads-728x90

Bənzər xəbərlər