“AzSığorta” bağlanır?

2023-cü ilin ilk yarısında “AzSığorta” şirkəti 4,82 milyon manat sığorta haqqı toplaya bilib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 19% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 1,1 milyon manat olub. 2022-ci ilin birinci yarısında  “AzSığorta”nın yığımları 5,9 milyon manat təşkil etmişdi.

Yığımların azalması fonunda sığorta şirkətinin ödənişlər kəskin artıb. “AzSığorta”nın sığorta ödənişləri 2022-ci ilin ilk yarısı ilə müqayisədə bu ilin altı ayında 45% və ya 1,7 mln. manat artaraq 5,4 manata yüksəlib. 2022-ci ilin ilk yarısında bu rəqəm 3,7 milyon manat təşkil edib.

Ümumilikdə, yığımlardakı azalma fonunda ödənişlərin kəskin artması sığorta şirkətinin zərərliliyini (ödəniş-yığım nisbəti) artırıb. Belə ki, 2022-ci ilin ilk yarısında “AzSığorta” topladığı hər 100 manatdan 62,4 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə şirkət topladığından artıq – yəni hər 100 manata görə 111,1 manat ödəniş edib(yenisabah.az).