AzTV-də kütləvi koronavirusa yoluxma

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də koronavirus sürətlə yayılıb.


XALQ.AZ-ın məlumatına görə, AzTV-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.


Yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var. Vəzifəli şəxlərlə yanaşı, AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.