Azyaşlı uşağı avtomobil vurdu

 

37

Tovuz rayonunun Qovlar qəsəbəsində yol qəzası baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq yolu keçmək istəyərkən “Niva” markalı avtomobil onu vurub. Ağır bədən xəsarətləri alan 8 yaşlı Qovlar qəsəbə sakini Yusif Museyibov dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlər zərərçəkənin vəziyyətini kafi qiymətləndirirlər. Hadisəni törədən “Niva” markalı avtomobilin sürücüsünün hərbçi olduğu bildirilir.

Faktla bağlı Tovuz polisi araşdırma aparır.