Azyaşlı uşaq xilas olundu

FH

Mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı uşaq xilas olunub.

Bakının Nəsimi rayonunda azyaşlı uşaq giriş qapısının kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Xalq.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə 5-ci mərtəbədəki mənzilin eyvanından enərək içəri daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq xilas edilib.