Bəhramın səhhəti ilə bağlı son açıqlama

Əməkdar artist Bəhrəm Bağırzadənin səhhətində dünəndən bu günə qədər ciddi dəyişiklik baş verməyib.

Bunu XALQ.AZ-a Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı danışarkən deyib.

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən koronavirus infeksiyası ilə Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. Onun ağciyər toxumasının 90%-dən çoxu zədələndiyi üçün ECMO cihazına qoşublar.