Bəhruz Məhərrəmov seçicilərin probləmləri ilə bağlı nazirliklərə müraciət etdi-Fotolar

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov seçicilərlə növbəti görüş keçirdi.

XALQ.AZ xəbər verir ki, bu gün Biləsuvar şəhərində deputat qərargahında karantin qaydalarının tələblərini gözləməklə, seçiciləri narahat edən bir çox məsələlərlə bağlı online formatda görüş keçirilib.

Vətəndaşların işsizlik, ünvanlı sosial yardım, əlillik dərəcəsinin təyin edilməsi, əlilliyin yenidən qiymətləndirilməsi zamanı yaradılan süni əngəllər, vətəndaş-məmur münasibətləri ilə bağlı müraciətlərini dinlənilib. Qısa zamanda seçicilərin müraciət və iddiaları araşdırılma üçün yuxarı dövlət qurumlarına, həmçinin, hüquq mühafizə orqanlarına müraciət olunub .

Deputat bildirib ki, bəzi hallarda elə müraciət və istəklər olur ki, yerli səviyyədə həlli mümkünsüzdür, anlayışla yanaşmalıyıq ki, hər bir vəzifəli şəxsin və dövlət orqanının səlahiyyətinin həddi var. Bu mənada, prezident İlham Əliyev də ölkənin bütün məmurları qarşısında çox sadə və aydın bir kurs müəyyən edib, qanunları rəhbər tutaraq səlahiyyətləri daxilində xalqa xidmət etmək.

Bu sadə və ədalətli tələbə rəğmən, ölkənin harasında olur olsun, vətəndaşın müraciətinə laqeyd yanaşmaq, imkan və səlahiyyətləri daxilində olan məsələlər üzrə kömək etməmək dövlətə və cənab Prezidentin müəyyən etdiyi siyasi kursa xəyanətdir və əmin ola bilərsiz ki, belə şəxslər qanunun sərt üzünü görəcəklər.

Lakin, bir məqama da xüsusi diqqət etməliyik ki, hardasa 3-5 məmurun yarıtmaz fəaliyyəti heç kimdə dövlətimizin qüdrətinə, o cümlədən işini ləyaqətlə görən şəxslərin fəaliyyətinə kölgə salmamalıdır.

Qeyd edək ki, millət vəkili mütəmadi olaraq şəhid və qazi ailələrinin qayğıları ilə maraqlanır.