Bəhruz Məhərrəmov seçicilərin qayğıları ilə maraqlandı-Fotolar

Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun seçicilərlə görüşlərin davam edir. Millət vəkili qeyd edib ki,bu dəfəki səfərimdə Biləsuvarın ən qədim və köklü kəndlərindən Bəydiliyə getdik. Əvvəlcə kənd məzarlığında uyuyan şəhidlərimizin məzarını və seyid Mir Taha Ağanın məqbərəsini ziyarət etdik. Daha sonra kəndi gəzərək sakinlərlə söhbətləşdik. Prinsipcə kəndin problemləri əvvəlki görüşlərdən mənə bəlli idi. Ara küçələrdə yolların təmirə ehtiyacı var, içməli su problemi bu kəndin bir sıra məhəllələri üçün də aktualdır. Həmçinin, şəhid adının əbədiləşdirilməsi ilə bağlı təkliflər, işsizlik, veteran statusu, əlilliyin təyini ilə bağlı ilə şikayətlər aldıq. Bundan başqa, kənd məktəbinin qəzalı vəziyyəti ilə bağlı müraciətlər edildi, lakin, elan etdiyimiz kimi, tezliklə məktəbin əsaslı təmirinə başlanılacaq. Ünvanlanan digər məsələlər isə yaxın günlərdə tərəfimizdən araşdırılaraq aidiyyatı üzrə strukturlarla müzakirə ediləcək.

Həmçinin rayonda görüşlərimiz çərçivəsində Bəydili və Əskərabad kəndləri arasında suvarılmaqda olan əkin sahələrinə baş çəkdik. Suvarılan yonca sahələrində vətəndaşlarla söhbət etdik, qayğılarını dinlədik. Hələ ki su var. Rayon rəhbərliyi də mümkün qədər verilən suyun həcminin azalmaması, habelə, sutka ərzində növbəli suvarmanın təşkili istiqamətində səylər göstərir. Lakin, hesab edirəm ki, Bolqarçay su anbarı tam gücü ilə istifadəyə yararlı hala gətirilməyinə qədər yay aylarında problemlərimiz davam edəcək. Bu istiqamətdə mən də öz tərəfimdən təmaslardayam və aldığım məlumata görə anbarda təmir bərpa prosesi istiqamətində artıq hökumət ilkin müzakirələrə start verib.

XALQ.AZ