Bəhruz Məhərrəmov seçicilərlə görüşdü-Fotolar

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov seçicilərin qayğıları ilə maraqlanıb.

XALQ.AZ xəbər verir ki,bu haqda deputat şəxsi facebook səhifəsində bildirib.

Millət vəkili qeyd edib ki, Biləsuvar rayon Təzəkənd kəndində ənənəvi formatından kənar, seçicilərimlə elə yerindəcə görüşdüm, daha dəqiqi seçicilər mənim yox mən seçicilərin qəbuluna getdim. Kəndin bütün küçələrini piyada gəzməklə, vətəndaşların qarşılaşdığı çətinlikləri əyani şəkildə görərək, eyni zamanda da onların müraciətlərini dinlədim. Səlahiyyətlərim daxilində olan bir neçə müraciəti elə yerindəcə həll etdik, digər məsələlərin isə həftə ərzində aidiyyatı üzrə məktublar göndərməklə həllinə çalışacağam.

Həmçinin millət vəkili Biləsuvar rayon Günəşli kəndində də seçicilərlə görüşüb.

Kəndin küçələrini gəzərək özümün müşahidə etdiyim bəzi problemləri, eyni zamanda kənd sakinlərin müraciətlərini qeyd etdik.

Qısa zamanda həmin məsələlərlə bağlı müvafiq stukturlara rəsmi sorğular veriləcək, yaxud, aidiyyatı qurumlarla şifahi müzakirə aparacağıq.

Deputat şəhid ailəsinidə zayarət edib. Biləsuvarın qəhrəman oğlu, şəhid Amid Eldar oğlu İsmayılovun ailəsini ziyarət etdim. Ailənin qayğıları ilə maraqlandım, şəhid ailəsinin, xüsusən bizə əmanəti olan 9 aylıq körpəsinin daim dövlətimizin diqqətində olacağını bir daha qeyd etdim. Şəhid anasının bizdən bir istəyi oldu və mən də səlahiyyətlərim daxilində həmin məsələnin həlli üçün çalışacağımı bildirdim.