Bələdiyyə sədrinin hoqqabazlığı

Belediyye

Türkiyədə bələdiyyə sədrlərindən biri etdiyi hərəkətlə hamının diqqətini çəkib.

XALQ.AZ-ın məlumatına görə, Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş Şanlıurfanın bələdiyyə sədri maraqlı addım atıb.

Bələdiyyə sədri Cəlaləddin Güvənc şəhərdəki Dərgah məscidinin minarələri arasında işıqlı yazı ilə adını yazdırıb. Onun bu hərəkəti yerli əhali tərəfindən qınaqla qarşılanıb. Çünki adətən ramazan ayı boyunca minarələrin arasında “Xoş gəldin Ramazan”, “11 ayın sultanı” və d. bu kimi sözlər, ya da hədislər yazılır.

Əhali bələdiyyə sədrinin belə bir hərəkət etməkdənsə, savab bir iş tutmağını məsləhət biliblər.