Bərbərin dəhşətli ölümü

Binadan dusdu

Ötən gecə Xırdalan şəhərində 52 yaşlı kişi dəhşətli şəkildə həlak olub. Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, Heydər Əliyev prospekti, Quşçuluq yaşayış massivində 16 mərtəbəli binanın sakini 1962-ci il təvəllüdlü Rövşən Qəzənfər oğlu Məmmədov yaşadığı 8-ci mərtəbədən yıxılıb. R.Məmmədov hadisə yerindəcə keçinib.

Hələlik Rövşən Məmmədovun hansı şəriatdə 8-ci mərtəbədən yıxılması məlum deyil. İlkin ehtimala görə, o, intihar məqsədilə özünü hündürlükdən atıb. Lakin hadisə prokurorluqda araşdırılır.

Araşdırmalar zamanı məlum olub ki, hadisə baş verərkən Rövşən Məmmədov sərxoş olub. Polisdən onu da ehtimal edirlər ki, o, bu səbəbdən özünü idarə edə bilməyib və yıxılıb.

Qeyd edək ki, Rövşən Məmmədov Xırdalanda kişi salonlarının birində bərbər işləyir.

Fakt Abşeron rayon Prokurorluğunda araşdırılır.