Bəstəkarımız Türkiyədə mükafatlandırıldı

 

41

Sevinc Tofiqqızı Türkiyədə “Türk Dünyası Hizmet Ödülü” mükafatına layiq görülüb

 

Bəstəkar Sevinc Tofiqqızı Türkiyədə “Türk Dünyası Hizmet Ödülü” mükafatına layiq görülüb.
Bəstəkar Ankarada “Kərkük Mədəniyyət Dərnəyi”nin qonağı olub. O, Türkiyə, Kərkük və Türk dünyası mədəniyyət, sənət və musiqisinə vermiş olduğu töhfələrə görə, dərnək tərəfindən adıçəkilən mükafatla təltif edilib. Mükafatlandırma mərasimi Ankara Etimesgut Bələdiyyəsinin hər il təşkil etdiyi “Beynəlxalq Anadolu günləri Mədəniyyət və İncəsənət Festivalı” çərçivəsində keçirilən İraq-Türkmən gecəsində baş tutub.
S.Tofiqqızına mükafatı “Kərkük Mədəniyyət Dərnəyi”nin başçısı Şəmsəddin Küzeci təqdim edib. Mərasimə bir çox tanınmış simalar da qatılıb. Gecənin aparıcısı Vətən Şaşmaz olub.
Qeyd edək ki, Sevinc Tofiqqızı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Ankaraya yola düşüb. Bəstəkar Azərbaycan və Türk dünyası mədəniyyətinin inkişafı üçün yeni layihələrə imza atacaq.(ans)
42 43 44