Bəzi qüvvələr açıq şəkildə sülh prosesini ləngitməyə çalışır

Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək.

 

Bunu Milli MƏclisin  deputat İqbal Məmmədov bildirib.

Millət vəkili qeyd edib ki,bu gün bəzi qüvvələr açıq şəkildə sülh prosesini ləngitməyə çalışır:

 

“Avropa İttifaqının bəzi üzv dövlətləri fəaliyyətləri ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini pozmağa davam edir. Azərbaycan münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə qərəzli xarakter daşıyır və Azərbaycana qarşı növbəti ikili standart yanaşmadır. Bu konfrans açıq şəkildə hazırda regionda ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu gün bəzi dövlətlər Ermənistanı xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə egionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaratmağa çalışır. Bu konfransın keçirilməsi Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yaranmasına səbəb ola bilər. Belə olan halda da Aİ və ABŞ Ermənistanın regionda sabitliyi pozan hər hansı addımına məsuliyyət daşıyacaqlar. Daim sülhü dəstəkləyən dövlət kimi bütün tərəfləri sülh prosesinə təsir göstərəcək və regionda yeni gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”.

 

Deputat qeyd edib ki, Ermənistanın atacağı yalnış addımlar yenidən müharibənin başlamasına səbəb ola bilər:

 

“Təbii ki, bu dəfə başlayacaq müharibə Ermənistanın bir ölkə kimi xəritədən silinməsinə gətirib çıxara bilər. Yaxşı olar ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki və antiterror əməliyyatlarındakı biabırçı məğlubiyyətini unutmasın. Bu gün Azərbaycan regionda mövcud sabitliyi pozacaq addımlara qarşıdır. Bundan sonra da ölkəmiz tərəfindən Ermənistan və havadarlarının regionda vəziyyəti yenidən gərginləşdirməyə yönəlmiş bütün addımlarının qarşı alınacaqdır”