Babək Cəfərov: “Cəmiyyətin və seçicilərin seçkiyə münasibəti fərqlidir”
Bildiyiniz kimi 29 Yanvar 2025-ci ildə ölkəmizdə Bələdiyyə seçkiləri keçiriləcək. Strateji.az bununla əlaqədar olaraq 36 saylı Xətai-Suraxanı bələdiyyəsinə namizəd Babək Cəfərovun seçki və təbliğat-təşviqat prosesi ilə bağlı fikirlərini öyrənib.
-İlk öncə özünüz haqqında məlumat verməyinizi istərdim
-Mən Cəfərov Babək Nəzər oğlu 25 sentyabr 1986-cı ildə Naxçıvan MR Ordubad rayonunda anadan olmuşam.Uzun müddətdir ki, sosial şəbəkələrin aktiv istifadəçisiyəm. “Facebook” və “Telegram” səhifəsi olan Təbliğat və Maarifləndirmə səhifəsinin yaradıcısıyam.
Məqsəd də ölkəmizin tarixi mədəniyyəti, tarixi torpaqlarımız , tarixi şəxsiyyətlər, arxiv fotolar Qarabağ savaşı və s haqqında məlumat və informasiya bazasını insanlara çatdırmaqdır.Bir dönəm QHT sahəsində də fəaliyyət göstərmişəm.Tədbirlərdə iştirak etmişəm.Bir neçə TV verlişlərinə dəvətlər almışam.
-Seçkidə iştirak etmək fikri sizdə hardan formalaşdı?
-Fəal gənc olaraq özümü seçkidə yoxlamaq istədim.Qeyd edim ki 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərində də namizədliyimi təqdim etmişdim.
-Ümumiyyətlə təbliğat-təşviqat prosesini necə dəyərləndirirsiz ? MSK-nın və DSK-nın namizədlərə yaratdığı şəraiti necə qiymətləndirirsiz ?
-Təbliğat-təşviqat prosesində onu deyə bilərəm ki heç bir problemlə rastlaşmamışam.MSK-nın və DSK-nın namizədlərə yaratdığı şəraiti normal qiymətləndirirəm.
-Bəs cəmiyyətin və seçicilərin seçkiyə münasibəti necədir sizcə?
Cəmiyyətin və seçicilərin seçkiyə münasibəti fərqlidir.Bəzi insanlar var ümümiyyətlə bələdiyyənin nə olduğunu belə bilmirlər.Yəni məlumatsızdırlar. Bir qrup insanlar seçkiyə inanmırlar. İnanmamaqlarına səbəb də seçilən namizədlərin verdiyi vədlərə əməl etməməsi inansanlarda inamsızlıq yaradıb.Seçkilərdə hər il təkrar eyni adamların namizəd olmağı insanlarda seçkiyə olan marağı da azaldır.İnsanlar yeni üzlər görmək istəyirlər . Həm də tanıdıqları namizəd istəyirlər olsun ki, sabah seçiləndə də gəlib problemlərini deyə bilsinlər.Tanımadıqları namizəd olanda və həmin namizəd də həmin ərazidə yaşamadığı üçün məsələyə soyuq münasibət göstərirlər.
Mən özümdə seçicilərlərə ünsiyyətdə olanda fikir verirəm insanlar nə qədər çox səmimi olursansa o qədər çox sənə yaxın münasibət bəsləyirlər.Səbəb də odur ki əksər namizədlər səmimi deyillər.Çünki təki seçilim deyə hər vədi verən namizədin qeyri səmimi olduğunu zatən seçicilər hiss edirlər. Seçici görmək istəyir ki, sən də onlardan biri olasan.Təbii ki, bunun üçündə yol səmimi olmaqdan keçir.Səmimi olmağı da hər adam bacarmır.
-Seçildiyiniz təqdirdə seçilərinizə nə vəd edirsiz ?
Seçildiyim təqdirdə seçilərimə verəcəyim vəd odur ki mənə verilən dəstəyi əlimdən gəldiyi qədər doğrultmağa çalışacam.İnsanlara hər zaman qapımız açıq olacaq.Yaranan problemləri imkanlarımız daxilində həll etməyə çalışacıyıq. Seçiləndən sonra da insanlar bunun şahidi olacaq.Deyilən sözlər söz olaraq yox əməldə də icra olunacaq.
İnsanların istədiyi nədir? Bələdiyyəyə aid olan hər hansı bir problemin şikayətin tez bir zamanda həllini tapmasıdır. Məsələlərə qısa müddətdə cavab verilməsi və aradan qaldırılması seçicilərin səs verdiyi namizədə düzgün seçim etdiklərini təsdiqləyir.
İnşallah seçkilərdə hər birinizi fəal iştirak edərək mənə səs verməyə çağırıram.