Bağ evlərinə tələbat azalsa da, qiymət enmir

May ayının sonlarından etibarən vətəndaşlar artıq istirahət üçün ya xarici ölkələrə, ya rayonlarımıza, ya da Bakı daxilində olan bağ evlərinə üz tuturlar.
Əmlakçı Telman Kərimzadə hazırda Bakının Şüvəlan kəndində yerləşən bağ evlərinə tələbatın azaldığını bildirib:
“Evlərin qiyməti şəraitindən asılıdır. Qiymət aralığı 1 000 manatla 10 000 manat aralığında dəyişir”.
Əmlakçılar qeyd ediblər ki, bağ evlərinə tələbat azalsa da, qiymət enmir.