Bakı Bəyannaməsi qəbul edilib

 

84

ATƏT Parlament Assambleyasının Bakı sessiyası işini bitirib

 

Bu gün ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyasında Bakı bəyannaməsi qəbul edilib.
Bəyannamədə ATƏT PA-nın Bakıdakı sessiyası zamanı qəbul edilən qətnamələr öz əksini tapıb.
Belə ki, bəyannamədə “Birinci Komissiyanın siyasi və təhlükəzilik məsələsinin qətnaməsi” qeyd olunub. Qətnamədə 1975-ci ildə imzalanan Helsinki yekun aktının tarixi əhəmiyyəti, siyasi, iqtisadi və insan hüquqları ilə bağlı maddələr öz əksini tapıb. Bu qətnaməd beynəlxalq təhlküəsizliyin təmin edilməsi barəsində sənəddir. Qətnamənin 31-ci bəndində isə dondurulmuş münaqişələrin həllinə toxunulub.
Qətnamənin 36-cı bəndində Rusiya Federasiyasının 2008-ci ildə avqust ayında Gürcüstanın ərazi bütövlüyünə müdaxiləsi əks edilib. Rusiya beynəlxalq təhlükəsizlik və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağrılır.
İkinci qətnamə iqtisadi, elm-texnologiya və ətraf mühitlə, üçüncü isə demokratiya, insan hüquqları və humanitar məsələlərlə bağlı qətnamədir.
Bəyannamədə həmçinin Rusiya Federasiyasının açıq-aydın şəkildə Helsinki aktının prinsiplərini pozması ilə bağlı qətnamədə əks olunub. Bu qətnamə böyük səs çoxluğu ilə qəbul olunub.(ans press)