Bakı Biznes Universiteti bağlanır?

63

 

Bakı Biznes Universitetinin bağlanacağı barədə xəbərlər dolaşır

 

Ölkə Başçısı tərəfindən Mikayıl Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin olunandan təhsilin inkişafı üçün öz intellekt bacarığı və ən əsası, savadlı kadr potensialını irəli çəkməklə bir çox irəliləyişlərə nail ola bildi. Hətta o, bu işdə köhnədən çalışan nümunəvi əməkdaşları da nazirlikdə saxlamaqla, sələfinə qarşı heç bir qərəzinin olmamasını, yeganə bir amalının isə təhsilimizin inkişafına nail olmaqla, Cənab Prezidentin etimadını doğrultmağa səy göstərdiyini nümayiş etdirir.

Bütün bunlarla yanaşı, bu gün ölkənin özəl ali təhsil sistemində hələ də bir sıra problemlər qalmaqdadır. Belə ki, təhsil nazirliyinin bu sahəyə məsul olan səlahiyyətlilərinin də böyük çabaları olsa belə, nədənsə bəzi rektorlar şəffaf təhsil sistemi quruculuğu yolu ilə deyil, qaraguruhçuluq, korrupsiya və neqativ hallar yolunu tutmaqdadırlar.

Rasim Nəbiyevin həbsi labüddürmü?

Həmin özəl ali təhsil müəssisələrindən biri olmuş, hazırda Təhsil Nazirliyi tərəfindən fəaliyyətini tənzimləyən lisenziya vaxtının uzadılmaması ilə fəaliyyətinə son qoyulmuş Ali İçtimai Siyasi Universitetinin adını  misal olaraq çəkmək  olar. Həmin təhsil müəssisəsinə qaranlıq yollarla yiyələnən Rasim Nəbiyev orada ailə klanı yaratmışdı. Qohumlardan ibarət idarə olunan təhsil ocağı daha çox biznes şəbəkəsini xatırladırdı. Artıq fəaliyyəti dayandırılsa da rektorunun yaxın günlərdə cinayət məsuliyyətinə cəlb olunması barədə məlumatlar dolaşmaqdadır.

 

İbad Abbasovun da taleyi belə olacaq?

 

Təhsilin səviyyəsinə görə heç də ürəkaçan olmayan Bakı Biznes Universiteti savadsız tələbələrin ən çox üz tutduğu ünvandır. Bunun da səbəbi qəbul prosesində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tətbiq etdiyi qaydalar üzrə ali məktəblərə savadlarını sınayaraq qəbul ola bilməyən tələbələrin valideynləri tərəfindən aparılmış “sövdələşmələr”lə Bakı Biznes Universitetinin tələbəsi adına yiyələnib, məzun olmağa doğru addımlayırlar. Ancaq son nəticədə onları nə gözlədiyini isə təssüflər olsun ki, bilməkdə acizdirlər. Çünki nəticənin belə acınacaqlı ola biləcəyini təsəvvür etmiş olsaydılar, hansısa qaranlıq, qanundan kənar yollarla onları universitetə qəbul etdirən belə işbazlara bir qucaq rüşvət verməzdilər. Necə deyərlər, heç bir səbəb nəticəni dəyişmir. Nəticəni isə yaşamaqla gözləmək, yalnız seyirci olmaq fikrindən uzagıq. İnanırıq ki, təhsil nazirliyi tərəfindən İbad Abbasovun idarəolunmazlıq halına gətirdiyi Bakı Biznes Universitetində işçi qrupu yaratmaqla geniş araşdırmalara başlanılacaqdır. Unutmaq lazım deyil ki, Milli təhsilimizi İbad Abbasov kimilərdən xilas etmək üçün bu bir şansdır… Mövzunu davam etdirəcəyik. Qarşı tərəfidə dinləməyə hazırıq.

İdeologiya.az