Bakı bulvarında yanğın

Bulvar

Bu gün səhər saatlarında Bakının Səbail rayonu ərazisində kafe yanıb.

Xalq.az-ın məlumatına görə, yanğın saat 05 radələrində Dənizkənarı Milli Parkdakı kafelərin birində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus kafe yanaraq külə dönüb. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğın yanğınsöndürənlərə tərəfindən söndürülüb.

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.