Bakı çimərliyində həyəcan

2

Ötən gün Bakının Şüvalan çimərlikdə sakinlər həyəcanlı anlar yaşayıb. XALQ.AZ-ın Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sakinlər dənizdə meyit görüblər. Dərhal aidiyyatlı orqanlara xəbər verilib.

Xilasedicilər meyidi sudan çıxarıblar. Araşdırmalar zamanı dənizdə batan şəxsin Bakı şəhər sakini Əli Səlimov olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.