Bakı Dairəvi Yolu bağlanacaq

Yol-1

Bu gündən başlayaraq təxminən gələn aya qədər Bakı Dairəvi Avtomobil Yolunun 4-cü km-dən 8-ci km-ə qədər olan hissədə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, məhdudiyyətlər təmir işlərilə əlaqədardır.

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yerləşdiyi hissədən Sədərək ticarət mərkəzinə qədər olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq. Yolun asfaltının aşınma qatı yeniləcək. Bu işlər hər bir yolda 4-5 ildən bir aparılmalıdır. ”-deyə P.Mürsəliyev əlavə edib.

Təmir işləri aparılan müddətdə yolun bir zolağı bağlanacaq. Həmin zolaqda işlər yekunlaşandan sonra digər zolaq bağalancaq.