Bakı gömrüyünün inkişaf mərhələlərinə həsr olunmuş tədbir keçirilmişdir

04

 

Dövlət Gömrük Komitəsində “Bakı gömrüyünün inkişaf mərhələləri: dünən, bu gün və sabah” mövzusunda tədbir keçirilmişdir.
Xalq.az AzərTAc-a istinadən  xəbər verir ki, Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının (BGMA) 21-ci konfransı çərçivəsində təşkil edilmiş tədbir konfrans iştirakçılarını Bakı gömrüyünün keçdiyi inkişaf yolu ilə tanış etmək məqsədi daşımışdır .
Tədbirdə çıxış edən Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi Muzeyinin direktoru Qalina Luqavaya və Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elçin Şirinov Bakı gömrüyünün tarixindən, Bakı Baş Gömrük İdarəsinin fəaliyyətindən danışmışlar. Gömrük xidmətinin səmərəli təşkilində gömrük qanunvericiliyin əsas şərtlərdən biri olduğu, Azərbaycanın gömrük orqanlarında çalışan gənclərin xarici dilləri çox gözəl bilməsi diqqətə çatdırılmışdır.
Tədbir müzakirələr və fikir mübadiləsi ilə davam etdirilmişdir.