“Bakı mətbəxi sadəcə fantastikadır” – Foto

Rusiyalı teleaparıcı, fotomodel, bloqqer, “Miss Rusiya 2003” titulunun sahibi, futbol üzrə 2018-ci il dünya çempionatının səfiri Viktoriya Lopıryova “Nargis” jurnalına müsahibə verib.

“Nargis” jurnalının dekabr buraxılışının qəhrəmanlarından biri olan V. Lopıryova müsahibəsində tez-tez ziyarət etdiyi Azərbaycanın paytaxtına olan sevgisini etiraf edib. Onun Bakıya son səfərlərindən biri 2019-cu ilin sentyabrında olmuşdu.

““Bakı” sözünü eşitdikdə nə barədə düşünürsünüz ?” sualına Viktoriya Lopıryova belə cavab verib:

“Mən gülümsəyirəm! Ona görə ki, ilk növbədə, heyrətamiz qarşılanma və qonaqpərvərliyi xatırlayıram, cənub istisini hiss edirəm, musiqi və səs-küy eşidirəm, insanların, memarlığın gözəlliyini xatırlayıram. Və, əlbəttə ki, Bakı mətbəxinin inanılmaz qoxularını hiss edirəm, bu isə artıq sadəcə fantastikadır. Bakı, mən səni sevirəm!”