“Bakı Marafonu 2023” keçirilib-Yeniləni-FOTOLAR

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2023”ə start verilib.

XALQ.AZ xəbər verir ki, 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonunda 19.500 nəfər iştirak edir.

Qeyd edək ki, yarışda yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər.

*****

Kişilər arsında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub.

Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.