Bakı metrosunda qadınların davası

Metro-1

Bu gün “Nərimanov” metrostansiyasında qadınlar əlbəyaxaya çıxıblar.

XALQ.AZ-ın məlumatına görə, milli.az-ın əməkdaşı bildirib ki, qatara minən zaman bir qadın digərinin ayağını tapdalayıb.

Bu zərərçəkənin xoşuna gəlməyib və başlayıb qışqırmağa. Qadın qarşıdakı xanımı təhqir etməyə başlayıb.

“Heyvan” sözünü eşidən digər xanım da dözməyib, zərərçəkənin yaxasından yapışıb. Ətrafdakılar saçyolduya imkan verməyib. Qadınları aralasalar da, təhqir edən xanım “Gənclik” metrosunadək susmayıb.

“Gənclik” metrosunada qadınlardan biri qatarı tərk edincə sərnişinlər rahatlaşıblar.