Bakı-Qazax yolunda ağır yol qəzası: ölənlər var

Avto-1

Bu gün saat 20.30 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi olub.

XALQ.AZ-ın məlumatına görə, “Mercedes” markalı minik maşını ilə “VAZ -2106” markalı avtomobil toqquşub. Nəticədə bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə ağır xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər. Bildiilib ki, hadisə yerinə yol polis əməkdaşları gedib.

Qəza nəticəsində ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.