Bakı-Qazax yolunda yük maşını aşdı

Asdi-1

Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

XALQ.AZ-ın məlumatına görə, paytaxt istiqamətində hərəkət edən meyvə-tərəvəzlə dolu yük maşını idarəetməni itirərək aşıb. Nəticədə, magistral yolda tıxac yaranıb. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı araşdırma aparılır.