Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.

XALQ.AZ  xəbər verir ki, 2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov  faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.

M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

 

 

Orxan


Comments are closed.