Bakı Şəhər İH başçısı Xətaidə yanğının baş verdiyi əraziyə gəlib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə baş verən yanğın yerinə gəlib.

Ərazidə yanğınsöndürmə əməliyyatları davam edir.

FHN-nin yaydığı məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın qısa müddətdə tam nəzarətə götürülüb, ətraf ərazilər üçün hər hansı təhlükə yoxdur.