Bakı-Sumqayıt yolu bağlanır

modern.az SALEH 986

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin aparılmasına start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) XALQ.AZ-a verilən məlumata görə, bununla əlaqədar olaraq Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq:

“Məhdudlaşma tədbirlərinə 29 sentyabr tarixindən başlanılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə ertmələri tövsiyə olunur.

Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı, Sumqayıt-Saray və Sumqayıt Dairəvi avtomobil yollarından istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”.