Bakıda “07”ni qaçırıb sökdülər

07

Bakıda “07”ni qaçırıb sökən şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Xalq.az verilən məlumata görə, F.Yusifov küçəsində yaşayan Ruslan Kərimova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Axtarışlar zamanı avtomobil Əmircan qəsəbəsi Z.Zeynalov küçəsində sökülmüş vəziyyətdə aşkar olunub.

Nərimanov rayon Polis İdarəsi və 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nazim Əsgərov, Əlicabir Sultanov və Orxan İsmayılov tutulublar