Bakıda 32 yaşlı qadın intihar etdi

Mayın 14-də Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində 1990-cı il təvəllüdlü Məmmədova Gülər Sahib qızının intihar etməsilə bağlı məlumat daxil olub.

XALQ.AZ məlumat verir ki, ilkin araşdırmalarla onun yaşadığı binanın eyvanından özünü yerə ataraq intihar etməsinə əsaslı şübhələr yaranıb.

O, aqonal vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.