Bakıda 4 uşaq anası özünü asdı

Intihar

Bakının Qaradağ rayonunda dəhşətli hadisə qeydə alınıb. Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, Qobustan qəsəbəsində yaşayış evinin həyətindəki tövlədə asılmış qadın meyidi tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Araşdırmalar zamanı meyidin 1973-cü il təvəllüdlü Sevinc Ağaəddin qızı İsmayılova olması və qadının intihar etdiyi məlum olub.

Qadının özünü baş örtüyü ilə asdığı bildirilir. Onun meyidini övladları tapıblar.

Qeyd edək ki, S.İsmayılova 4 övlad anasıdır. Hazırda qadının nə səbəbdən intihar etdiyi araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.