Bakıda 5 yaşlı uşaq faciəli şəkildə öldü

Usaq

Paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsi, bina 160 v, mənzil 54 ünvanında yaşayan Qardaşovlar ailəsi 5 yaşlı övladını itirib.

2009-cu il təvvəlüdlü Əli Qardaşov mənzilin eyvanından yıxılaraq dünyasını dəyişib. Uşağın atası Elşad Qardaşovun dediyinə görə, o hadisə zamanı evdə olmayıb. Əli ehtiyyatsızlıqdan pəncərənin çərçivəsinə söykənib və məlum hadisə baş verib.

Ailənin dediyinə görə, onların biri qız olmaqla iki övladı var. Əli isə evin son beşiyi olub. Hadisə zamanı isə Əli mənzilin eyvanında oyuncaqları ilə oynayırmış.

Bu gün 5 yaşlı Əli artıq torpağa tapşırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində istintaq araşdırmalarına başlanılıb.