Bakıda 7 yaşlı uşağı maşın vurub öldürdü

7

Bakıda dəhşətli yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtda məktəblini maşın vurub. Hadisə ötən gün axşama doğru saat 17:30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində baş verib.

1988-ci il təvəllüdlü Samir Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 2007-ci il təvəllüdlü Emin Kərimovu vurub. E. Kərimovu aldığı xəsarətdən hadisə yerində ölüb.