Bakıda ABŞ vətəndaşı döyülərək qarət edilib

PPx

Bakıda ABŞ vətəndaşı soyulub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Neftçilər prospekti 25 də yerləşən “Hilton” otelinin qarşısında qeydə alınıb.

ABŞ vətəndaşı, 1957-ci il təvəllüdlü Meknelli Kent Davidi 2 nəfər naməlum şəxs döyərək içərisində 300 manat olan pul kisəsi götürüblər.

ABŞ vətəndaşına xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.