Bakıda ağır yol qəzası baş verib

taksi

Abşeron rayonu Masazır qəsəbəsində taksi ilə minik maşını toqquşub.

Xalq.az-ın məlumatına görə, bu barədə “Facebook” sosial şəbəkəsindəki kriminal qruplardan birində məlumat verilib. Məlumata görə, “Mercedes” markalı avtomobil sürətlə hərəkət edərkən qarşısında dayanan “Tofaş” markalı taksiya çırpılıb.

Zərbənin təsirindən avtomobil maneyə dəyib. “Mercedes” markalı avtomobil isə daha sonra işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində taksi sürücüsünün ayaqları sınıb. Onu xəstəxanaya yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.