Bakıda aptekə silahlı basqın

Bicaq

Bakıda aptekə silahlı basqın edilib.

XALQ.AZ-ın məlumatına görə, bu informasiyanı Yasamal Rayon Polis İdarəsi lent.az-a bildirib.

Basqın zamanı bir iş adamının yaralandığı deyilir.

Hadisə Şərifzadə küçəsi, 131 ünvanında yerləşən aptekdə baş verib. Hücum edənlərin 2 nəfər olduğu bildirilir.

Bıçaqla silahlanmış həmin şəxslər aptekin sahibi, 1960-cı il təvəllüdlü Quliyev Orucəli Tapdıq oğlunu vurublar.

Onlar obyekt sahibini bıçaqladıqdan sonra aptekdə axtarış aparıblar və 220 manat pulu götürərək qaçıblar.

Hazırda basqınçıların şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.