Bakıda Avro-2020 1/4 final matçı keçiriləcək

Xəbər verdiyimiz kimi, Avro-2020-nin qrup mərhələsinin son turunda B qrupunun ikincisi bəlli olub.

XALQ.AZ xəbər verir ki, Rusiyaya 4:1 hesabı ilə qalib gələn Danimarka ikinci pilləyə yüksəlib.

Bununla da onlar A qrupunun ilkincisi Uelsə rəqib olublar. 1/8 finalda keçiriləcək Uels – Danimarka görüşün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 final matçındakı tərəflərdən biri olacaq.