Bakıda avtobus qəzası: ölən var

Avtobus

Bu gün səhər saatlarında Heydər Əliyev prospektində, Aeroport yolunda üzü şəhər istiqamətində hərəkət edən sərnişin avtobusu, ”Koroğlu” metrostansiyasına çatmamış tikilməkdə olan Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb.

XALQ.AZ-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda hadisə yerinə Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları cəlb olunub.

Şəhər Yol Polisi idarəsindən ANS PRESS-ə verilən məlumata görə, 148 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yüksək sürətlə Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb. Qəzada aldığı xəsartələr nəticəsində avtobusun sürücüsü Nəticədə avtobusun sürücüsü hadisə yerindəcə ölüb. Avtobusda olan sərnişinlərdən bir neçəsi isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, baş verən qəza Heydər Əliyev prospektində Sabunçu körpüsündən “Koroğlu” metrosunadək uzanan tıxaca səbəb olub.