Bakıda “avtoş”luq edən avtobus sürücüsü -Video

Bakı şəhər sakini Fərid Süleymanov paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükə yaradan və avtoxuliqanlıq edən avtobus sürücüsünün videosu yayıb.
XALQ.AZ  xəbər verir ki, vətəndaş həmin videonu Baş Dövlət Yol Polisi İdarəsinə də göndərərək bildirib ki, iyulun 25-də, saat 13:28 radələrində 46 nömrəli marşrut avtobusu (eyniləşmə nömrəsi 28017) Puşkin və Xaqani küçələrinin kəsişməsində qoşa xətti tapdalayıb əks istiqamətli yola çıxıb və işıqforun qadağanedici qırmızı işığında keçməklə təhlükə yaradıb.

Bununla da o, insanların həyatını təhlükəyə ataraq cəmiyyətə açıqca hörmətsizlik nümayış etdirib. Fərid Süleymanov DYP-dən xahiş edir ki, bu avtoxuliqan sürücü barəsində tədbir görülsün.

Görüntüləri təqdim edirik:

Orxan