Bakıda bankomat “yarıldı”

Bankomat

Bakıda dələduzluq və oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən xəbərə görə, Nizami rayon 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Naxçıvan şəhər sakini, 33 yaşlı Samir Xəlilov tutulub.

S.Xəlilovun ötən il sentyabrın 12-də İmanxan Ağayevə kömək etmək adı ilə M.Abbasov küçəsində yerləşən bankomatdakı hesabından 430 manat pulu çıxarıb qaytarmayaraq dələduzluq etdiyi müəyyən olunub.

S.Xəlilov eyni zamanda bu ilin yanvarın 16-da Ş.Mirzəyev küçəsindəki bankomatdan Nəriman Quliyevin hesabından 1000 manat oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.