Bakıda bir ailə qanına qəltan edildi

Qan

Ötən gün axşam saat 20:30 radələrində Bakının Xəzər rayonu ərazisində bir ailədn 4 nəfər bıçaqlanıb. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Şağan qəsəbəsi, Əzizbəyov küçəsində yaşayan ailədə baş verib.

İnsident zamanı 1965-ci il təvəllüdlü Ülkər Eynulla qızı Abdullayeva, 1962-ci il təvəllüdlü Tərlan Rəhman oğlu Abdullayev, onun övladı 1987-ci il təvəllüdlü Rəhman Tərlan oğlu Abdullayev və 1988-ci il təvəlüldlü Cahid Vahid oğlu Qədəşov bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Həkimlər Ülkər Abdullayevanın həyatını xilas edə bilməyiblər.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil. İlkin ehtimala görə, hadisə elə ailə üzvləri tərəfində yaranan insident zamanı baş verib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Nahid Vahid oğlu Qədəşov tutulub.