Bakıda böyük tıxac (FOTO)

Tixac

Heydər Əliyev prospektində – Kənar yolda (Koroğlu metrosu istiqamətində) uzun tıxac yaranıb.

Bu barədə məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilib. Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq Heydər Əliyev prospekti – Kənar yolda (Koroğlu metrosu istiqamətində) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yaranıb.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti – Əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Tixac